Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Azərbaycandan Türkiyəyə aparılacaq 163,4 ton almada uyğunsuzluq aşkarlanıb

“Fueqo” MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.

Məhsul partiyaları Türkiyənin idxal tələblərinə, o cümlədən Azərbaycanda qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …