Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycanın Avropa çempionu: Finalda rəqibim güclü olsa da qalib gəldim

Final görüşündə rəqibim güclü olsa da qalib gəldim.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Avropa çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçisi Nihat Məmmədli deyib.

“Görüşlərimin bir çoxu yaxşı keçdi. Amma final görüşündə rəqibim güclü idi. Moldovadan olan idmançı Avropa və dünya çempionu idi. Onunla qarşılaşmanın çətin olacağını bilirdim, amma görüşə yaxşı hazırlaşmışdım. Şükür Allaha ki, əziyyətim yerdə qalmadı. Finalda qalib gələrək Avropa çempionu oldum”, – N.Məmmədli vurğulayıb.

O, qarşıda əsas hədəfinin olimpiya yarışı olduğunu deyib.

Check Also

Azərbaycanlı futbolçuların çıxış etdiyi komandanın azarkeşlərinə qadağa qoyulub

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin formasını geyindiyi “Ankaragücü” komandasının azarkeşlərinin Türkiyənin I Liqasında …