Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 58,6 milyon manat məbləğində xalis mənfəət əldə edib.

Boyukmillet.com  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Yanvar ayı ərzində bankların əməliyyat gəlirləri 260,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 22,5 % çox), əməliyyat xərcləri 166,7 milyon manat (23,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 21,3 milyon manat (dəfə az), mənfəət vergisi ödəmələri isə 14 milyon manat (55,6 % çox) təşkil edib.

Hal-hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir. 

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …