Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma qurumlarla sazişləri təsdiqləyib

Rusiya Dövlət Duması Ukrayna ərazisində qondarma Donetsk və Luqansk “respublika”ları ilə “dostluq, əməkdaşlıq, qarşılıqlı yardım” sazişlərini təsdiq edib.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi də həmin “respublika”ları onların öz “səlahiyyət”lərini icra etdiyi sərhədlər daxilində tanıdıqlarını açıqlayıb.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “respublika”larının “müstəqilliy”ini tanımaqla bağlı fərmanlar imzalayaraq həmin qurumlarda sülhü təmin etməklə bağlı göstərişlər verib.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …