Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb

18 ölkənin, o cümlədən Azərbaycanın İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat yayıb.

O qeyd edib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən 56 nəfər Türkiyənin 11 bölgəsində keçirilən “QƏFƏS-28” əməliyyatı çərçivəsində saxlanılıb.

Onların çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verildiyi bildirilib.

https://core.telegram.org/widgets

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …