Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi – RƏSMİ + SİYAHI

Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib. 

Müdafiə Nazirliyinin brifinqindəki müxbirinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub:

“Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib. 

Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Döyüş əməliyyatları davam edir. Mən sizi əmin edirəm ki, bundan sonra da sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir”.

Check Also

Hörmüz böhranı ərzaq təhlükəsizliyini təhdid edir

“Dünyanın ən vacib dəniz nəqliyyatı məntəqələrindən biri olan Hörmüz boğazından qlobal dəniz yolu ilə daşınan …