Bazar ertəsi , 10 Mart 2025
Drone Cameras

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında qızıl medal qazanıb

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

“Boyukmillet.com”un məlumatına görə, yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

Belə ki, Məmməd Məmmədov M-1 kateqoriyası üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Almaniya, İrlandiya və Fransanın iki cüdoçusuna qalib gəldikdən sonra finalda Tacikistan təmsilçisi Mustafa Həsənovu məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Qeyd edək ki, daha öncə Fərhad Rəcəbli (90 kq) usta cüdoçular arasında doqquzuncu çempionluğunu qazanıb.

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …