Cümə axşamı , 20 Fevral 2025
Drone Cameras

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medal qazanıb.

“Report”un məlumatına görə, Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər.

Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Qeyd edək ki, daha əvvəl böyüklər arasında Minayə Əkbərova (46 kq) da bürünc mükafata sahib çıxıb.

Check Also

Azərbaycan cüdoçuları Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazanıblar

Azərbaycan təmsilçiləri Belçika açıq cüdo turnirinin ilk günündə dörd medal qazanıblar. Azərbaycan Cüdo Federasiyasının Mətbuat …