Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Azərbaycanın diaspor fəalları Lvovda Pasxa bayramı ərəfəsində humanitar yardım aksiyası həyata keçiriblər

Azərbaycanın Ukraynadakı diaspor fəalları Lvovda Pasxa bayramı ərəfəsində humanitar yardım aksiyası həyata keçiriblər.

Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamenti və yerli YUNKOR Gənclər İcmasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Lvovda Pasxa bayramı münasibətilə əsgərlərə, hərbçilərə humanitar yardım göstərib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov AZƏRTAC-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətimiz bu çətin günlərdə Ukraynaya humanitar yardımlarını davam etdirir.

“Azərbaycanın Ukraynadakı diasporu da dövlətimizin siyasətinə uyğun olaraq humanitar aksiyaları davam etdirir. Bütün bunlar dövlətimizin humanist siyasətinə sadiqliyini bir daha sübut edir”, – deyə Şəhriyar Məhərrəmov vurğulayıb.

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …