Çərşənbə , 14 May 2025
Drone Cameras

Azərbaycanın dörd nöqtəsində 900 ədəd ağac və kol qanunsuz kəsilib

Azərbaycanın dörd nöqtəsində 900 ədəd ağac və kol qanunsuz kəsilib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı Ağsu, Samux və Bakı şəhərinin Səbail rayonu, həmçinin Sumqayıt şəhəri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 900 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 94 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Check Also

Baş Prokurorluq Koçaryanın qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə edilməsini tələb edib

Ermənistan Baş Prokurorluğu ikinci prezident Robert Koçaryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz …