Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki soydaşlarımıza müraciət etdi

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki həmvətənlərimizə müraciət ünvanlayıb.

Boyukmillet.com xəbər xəbər verir ki, səfirlik Fransada olan və vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarını mövcud vəziyyətdən irəli gələn məsələlərin, habelə qarşılaşdıqları problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə konsulluq bölməsinə müraciət etməyə çağırıb.

Müraciətdə koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayıldığı və bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan etməsi qeyd olunur. Bu ölkədəki soydaşlarımızdan COVİD-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyələrə əməl olunması xahiş edilir.

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …