Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyətinin Lüksemburqa rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti NATO-nun Dəstək və Təchizat Agentliyinin Əməliyyatlara Dəstək bölməsinin direktoru Orxan Muratlı və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın üzləşdiyi mina problemi, NATO-nun dəstəyi, yeni texnologiyaların tətbiqi və qabaqcıl təcrübələr, habelə humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlığa dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Check Also

SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı

Pirəkəşkül və Ağdərədə 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş …