Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.

Check Also

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş …