Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Azərbaycanın U-21 yığması seçmə mərhələdə növbəti oyununu keçirəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Boyukmillet.com-un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gələcək.

Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Belarusdan olan FIFA referisi Viktor Şimusik idarə edəcək.

Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub. Yığma hazırda sonuncu – 5-ci pillədə qərarlaşıb. Finlandiya isə 3 xalla 4-cüdür.

AVRO-2023ropa çempionatının seçmə mərhələsi

8 oktyabr

20:30. Azərbaycan – Finlandiya
Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”

Xal durumu: Norveç – 6, Xorvatiya – 6, Avstriya – 6 (3 oyuna), Finlandiya – 3, Azərbaycan – 0, Estoniya – 0 (3)

Qeyd edək ki, qrupun digər matçlarında Xorvatiya Norveçi, Estoniya Avstriyanı qəbul edəcək.

Check Also

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol …