Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənəcək

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiqlənəcək.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Belə ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü onlayn iclasında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Sənəd müzakirələrdən sonra Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasına tövsiyə olunub.

Check Also

Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib

Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, …