Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanla Mərakeş arasında imzalanmış bir neçə sənəd təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, Energetika Nazirliyi Sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası hökuməti ilə Mərakeş krallığı hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

Prezident həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …