Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Prezident Azərbaycanla Türkiyə arasındakı daha bir sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Boyukmillet.com-un xəbərinə görə, sənəd 2023-cü il noyabrın 13-də Ankara şəhərində imzalanıb.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …