Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycanla Surinam arasında viza rejimi qismən ləğv edilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Surinamın xarici işlər, beynəlxalq biznes və əməkdaşlıq naziri Melvin Bouva ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti (rəsmi) pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş”i imzalayıblar.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …