Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycan–Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2017-ci il martın 26-da Bakıda keçiriləcək Azərbaycan–Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar arenada müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb. Bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir