Şənbə , 27 İyul 2024
Drone Cameras

Alrosa Kuboku-2016: Sərbəst və qadın güləşçilərimiz ikinci, “klassiklər” isə üçüncü olublar

Moskvada güləş üzrə Qitələrarası Kubok – Alrosa Kuboku beynəlxalq turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparıblar. Yarışda hər üç güləş növü üzrə yığma komandamızın üzvləri iştirak ediblər.

Sərbəst güləş üzrə yarışlarda yığmamız İran və Özbəkistanla “B” yarımqrupunda mübarizə aparıb. Özbəkistan güləşçilərini 5:1 üstələyən yığmamız İran komandası ilə görüşü 3:3 hesablı bərabərliklə tamamlayıb. Qrup lideri kimi finala yüksələn güləşçilərimiz həlledici görüşdə digər qrupun birincisi olan Rusiya yığması ilə qarşılaşıb. Bu görüş də 3:3 hesablı bərabərliklə tamamlanıb. Xalların keyfiyyətinə görə isə qalib Rusiya yığması olub. Güləşçilərimiz turnirin gümüş medallarına yiyələniblər.

Qadın güləşçilərin yarışında cəmi 4 komanda (Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan) olduğundan mübarizə dairəvi sistem üzrə aparılıb. Güləşçilərimiz ilk görüşdə Rusiya komandasına 2:4 hesabı ilə məğlub olsalar da, Türkiyə və Özbəkistanla görüşdən 5:1 hesablı qələbə ilə ayrılıblar. Dairəvi mübarizə sisteminin ən yaxşı iki komandası kimi Azərbaycan və Rusiya yığmaları finalda yenidən qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatsa da xalların keyfiyyətinə görə 17:9 öndə olan Rusiya yığması qalib olub. Qadın güləşçilərimiz turniri ikinci sırada başa vurublar.

Yunan-Roma güləşi üzrə yarışlarda yığmamız ilk olaraq Belarus komandası ilə qarşılaşıb. Görüşdə 2:4 hesabı ilə uduzan yığmamız digər qrupun ikincisi olan İran yığması ilə qarşılaşıb. Ümumi hesab 3:3 olsa da xalların keyfiyyətinə görə 13:10 hesabı ilə qalib gələn güləşçilərimiz turnirin bürünc mükafatına layiq görülüblər.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edib.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir