Bu ilin ilk üç ayında aqrar məhsulların idxalı 17% azalıb. “Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Gömrük Xidmətinin rəsmiləri ilə meyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiya ərazisinə keçirilməsi məsələləri ilə bağlı Bakıda keçirilən danışıqlarda deyib.
A.Əliyev, həmçinin ixracın artıdığını deyib: “Ötən ilə nisbətən bu il ixrac 73% artıb. Məhsullarımız təkcə Rusiya deyil, Ukrayna və Qazaxıstana ixrac edilir”.
Komitə sədri Azərbaycan fındığının isə daha uzaq ölkələrə göndərildiyini deyib: “Azərbaycanda quru meyvələrin hazırlanması üçün avadanlığın alınmasına 150 mln. manat güzəştli kredit verilib. Ölkədən ixrac edilən bütün məhsullar yoxlanır. Yalnız ötən ilin əvvəlində 300 kq-a qədər Türkiyə pomidoru Rusiya ilə sərhəddə saxlanılıb”.
Check Also
SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək
Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …
Boyukmillet.com Biz yanmasaq vətən yanar