Bazar ertəsi , 25 Sentyabr 2023

Bakıda “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərginin açılış mərasimi olacaq

Sabah Nur Art House qalereyasının təşkilatçılığı ilə “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərginin açılış mərasimi olacaq.

Bu barədə “Report”a “NUR Art House”un baş direktoru Röya Tağıyeva məlumat verib.

Proqram-sərgi çərçivəsində Aybəniz Yusubovanın “Güllərin sehri”, Nigar Babayevanın “Milli gəlinciklərin hazırlanma texnikası”, Fərəh Əliyevanın “Gəlinciklərin yaranma tarixi”, Nəzakət Əhmədovanın “Geyimlərin modelləşdirilməsi, Uşaq proqramı çərçivəsində isə Elçin Axundovun “Kağızdan qəhrəmanları özün düzəlt” adlı ustad dərsləri keçiriləcək.

Sərginin qeyri-adiliyi Elçin Hami Axundovun müəllifi olduğu “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ağca və yeddi cırtdan”, “Novruz” silsiləsindən olan gəlinciklərin sanki bir-biri ilə dialoqda verilməsidir.

Art-layihənin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Afət Aslanovadır. Proqram-sərginin dizaynerləri Nəzakət Əhmədova, Gülnaz Mədətova, Şərqiyyə Əfəndizadə, Kənan Səlimovdur.

Proqram-sərginin açılışı sabah saat 19.00-da baş tutacaq.

Check Also

AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ildönümü münasibətilə Romada təşkil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir