Bazar , 2 Aprel 2023

Nikola Stercen: “Şotlandiya müstəqil olacaq”

Şotlandiya müstəqil dövlət olacaq. “Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib.
“Həyatda olduğum dövrdə Şotlandiyanın müstəqil dövlət olacağına və dünyanın digər ölkələri ilə yanaşı, BMT-də öz yerini alacağına əminəm”, – o deyib. Onun sözlərinə görə, müstəqillik haqqında yeni referendum əvvəlki ilə eyni əsasda keçirilməlidir.
Eyni zamanda, siyasətçi hətta Böyük Britaniyadan ayrıldıqdan sonra belə Şotlandiya və İngiltərənin sərbəst ticarəti saxlamasının zəruri olduğunu vurğulayıb. “Şotlandiya və İngiltərə həmişə bir-biri ilə sərbəst ticarət aparmalıdır. Bu hər iki tərəf üçün sərfəlidir. Amma bunu ümumi bazar çərçivəsi ilə yanaşı istəyirəm. Çünki bu, Şotlandiyanın maraqları üçün çox əhəmiyyətlidir”, – deyə N.Stercen vurğulayıb.

Check Also

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir