Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Azərbaycanın biznes missiyası Dubayda olub

Dubayın Kommersiya və Sənaye Palatasının vitse-prezidenti Məcid Əl Şəmsi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat Nazirliyinin iqtisadiyyat işləri katibi Məhəmməd Əl Şehhi Azərbaycan nümayəndə heyətini qəbul edib. 

“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev başçılıq edir.

Məlumatda deyilir ki, missiyanın tərkibinə özəl sektorun 28 nümayəndəsi daxildir. Görüş zamanı əsasən qida sektoru və pərakəndə ticarət bazarı ətrafında müzakirələr aparılıb.

S.Babayev deyib ki, Azərbaycan BƏƏ-yə 300 mln. ABŞ dolları civarında investisiya yatırıb. Azərbaycanda isə bu ölkənin 255 şirkəti fəaliyyət göstərir:

“Biz BƏƏ ilə sənaye, logistika və transport sahəsində ortaq şirkətlər yarada bilərik və bu ölkənin şirkətlərini Azərbaycana cəlb etməkdə maraqlıyıq”, – deyə o, qeyd edib. 

Nazir müavini onu da deyib ki, Azərbaycanda iqtisadi və siyasi sabitlik mövcuddur, ölkə bu baxımdan xarici investorlar üçün ideal bazardır.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir