Bazar , 22 Dekabr 2024
Drone Cameras

Azərbaycanın kənd təsərrüfatı ixracının 90%-i Rusiyanın payına düşür

Azərbaycanın ixrac potensialı son 15 ildə 5 dəfə, son 10 ildə 56%, son 5 ildə isə 30% artıb. “Report” xəbər verir ki, bunu Azexport.az portalının təqdimatında çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

S.Talıbovun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialının 90%-i qonşu Rusiya bazarının payına düşür: “FAO ilə araşdırma apardıq və məlum oldu ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialı 110 sahibkarın öhdəsinə düşür. Həmin sahibkarlardan 6-sı ixrac potensialının 50%-ni, ümumilikdə isə 25 sahibkar 90%-ni təşkil edir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı isə deyib ki, Tedaruk.az saytının da Azexport.az portalına inteqrasiyası ilə bağlı razılıq əldə edilib və hazırda bu inteqrasiyanın reallaşması üçün texniki məsələlər həll edilir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir