Cümə , 5 İyul 2024
Drone Cameras

Azərbaycanın xarici dövlət borcu 10 milyard dollara yaxınlaşıb – Maliyyə Nazirliyi açıqladı

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.
 
Maliyyə Nazirliyi xəbər verir ki, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 mlrd. dollar təşkil edib.
 
Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir. 
 
Beləliklə, martın sonuna xaricdən alınmış kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:
 
– Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları – 6%;
 
– ABŞ dolları – 81%;
 
– avro – 9,4%;
 
– yapon yeni – 2,5%;
 
– digər valyutalar – 1,1%.
 
Cəlb edilmiş kreditlərin 46,5%-i sabit, 53,5%-i isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər müddətdə, 3,8%-i isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.
 
Bu ilin I rübündə imzalanmış kredit sazişləri üzrə 255,9 mln. dollar vəsait istifadə edilib.
 
Aprelin 1-nə dövlətin daxili borcu isə 1 069,9 mln. manat təşkil edib/Report. 

 

 

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir