Çərşənbə , 18 Mart 2026
Drone Cameras

Azərbaycan postsovet məkanında bu il istehlak qiymətlərinin ən az artdığı ölkələrdən biridir

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında keçmiş SSRİ ölkələri arasında istehlak qiymətlərinin ən az artdığı ölkələrdən biri olub. 

“Report” xəbər verir ki, bu barədə “BelaPAN” informasiya agentliyi milli statistika qurumlarının məlumatlarını təhlili əsasında məlumat yayıb. 

Məlumata görə, 10 ay ərzində Moldovada bahalaşma qeydə alınmayıb. Ermənistanda qiymətlər 0,7%, Qırğızıstanda isə 0,9% azalıb. 

Postsovet ölkələri arasında ən çox inflyasiya Özbəkistanda qeydə alınıb. Yanvar-oktyabrda bu ölkədə qiymətlər 9,5% artıb. 2-ci yerdə Ukrayna (7,4%), 3-cü yerdə Tacikistan (4,5%), 4-cü yerdə Belarus (4,2%), 5-ci yerdə Estoniya (4,1%), 6-cı yerdə Qazaxıstan (3,7%), 7-ci yerdə Latviya (3,1%), 8-ci yerdə Rusiya (2,9%), 9-cu yerdə isə Litva (2,7%), 10-cu yerdə Gürcüstan (0,4%), 11-ci yerdə isə Azərbaycan (0,2%) qərarlaşıb. 

İstehlak qiymətlərinin aylıq dinamikasına gəldikdə isə oktyabrda Azərbaycanda yenə də 0,2% artım qeydə alınıb. Bu göstərici Belarus və Estoniyada 0,5% təşkil edib. Ötən ay Ukraynada qiymətlər 1,7%, Özbəkistanda 1,3%, Latviyada və Tacikistanda isə 0,7% artıb. 

Sonrakı yerləri hər birində 0,4% inflyasiya olmaqla Qazaxıstan, Moldova və Rusiya, 0,3% inflyasiya olmaqla Gürcüstan və Qırğızıstan tutub. Ötən ay Ermənistanda 0,1% inflyasiya qeydə alınıb. 

Check Also

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbulda Bosfor boğazında gəmi hərəkəti təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Boğazda gəmi hərəkəti 04:53-dən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir