Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Azərbaycan – Şimali İrlandiya matçının stadionu dəyişdirilib

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirilib. “Report”un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Bunadək oyunun “Bakcell Arena”da təşkil olunacağı bildirilirdi. Oyun saat 20:00-da başlanacaq. 

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu “Report”a açıqlamasında stadion dəyişikliyinə azarkeş amilini səbəb göstərib: “Şimali İrlandiya ilə oyunu ona görə “Bakcell Arena”ya salmışdıq ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Respublika stadionunun çox yüklənəcəyinə dair söhbətlər var idi. Amma martın 26-da millimizin Respublika stadionunda Almaniya yığması ilə keçirdiyi oyundan sonra Şimali İrlandiya ilə qarşılaşmada da böyük azarkeş dəstəyinin olacağı qənaətinə gəldik. Əslində İslamiadaya görə Bakı Olimpiya Stadionu daha çox yüklənəcəyindən, görüşü Tofiq Bəhramov adına stadionda keçirmək istəyi ilə UEFA-ya müraciət etdik. Qarşı tərəf də məlumatlandırıldıqdan sonra müsbət cavab aldıq. İnanırıq ki, Respublika stadionunda yenə anşlaq olacaq”. 

Qeyd edək ki, C qrupunda 5 turdan sonra Şimali İrlandiya 10 xalla 2-ci, Azərbaycan isə 7 xalla 4-cü pillədə qərarlaşıb. Bu komandalar arasında Belfastda keçirilmiş görüşdə meydan sahibləri qalib gəlib – 4:0. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir