Cümə axşamı , 22 May 2025
Drone Cameras

Əli Abdullayev: Kommersiyalaşmış innovativ layihələrə güzəştli kreditlər verilir

İnnovativ sahibkarlığın dəstəklənməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya texnologiyalarının inkişafı Dövlət Fondu fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə keçirilən konfransda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda fond tərəfindən innovativ layihələrə 3 istiqamətdə dövlət dəstəyi həyata keçirilir. Belə ki, Müşahidə Şurasının qərarına əsasən Startap layihələrinə qrantlar ayrılır, innovativ ideyaların biznesə çevrilməsi üçün dövlət dəstəyi göstərilir. Eləcə də, kommersiyalaşmış innovativ layihələrə güzəştli kreditlər verilir.

Nazir müavini həmçinin vurğulayıb ki, artıq bu məqsədlə 4 qrant müsabiqəsi keçirilib. Təklif olunmuş 600-yə yaxın layihənin 100-ü isə fond tərəfindən maliyyələşdirilib.

Check Also

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edir

Yekun qərarın bu gün qəbul olunacağı gözlənilir Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları qismən ləğv edəcək. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir