Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerlan İdrisovla görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində baş tutub.
Görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.
Tərəflər, həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.
Check Also
Jurnalist çətin vəziyyətdə qalan qadını xilas etdi – ANBAAN VİDEO
Jurnalist Şəmistan Fikrətli çəkiliş zamanı yolda köməksiz vəziyyətdə qalmış qadın sürücü ilə qarşılaşıb və dərhal …
Boyukmillet.com Biz yanmasaq vətən yanar