Bazar , 20 İyul 2025
Drone Cameras

Azərbaycan və Qazaxıstan XİN başçıları Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerlan İdrisovla görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində baş tutub.
Görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.
Tərəflər, həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

Check Also

TRT-nin Güney Azərbaycana yalnışı

Bu gün Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir