Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Azərbaycanda rektor vəfat etdi

Azərbaycanda rektor vəfat etdi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Akademiyasının rektoru Çingiz Əliyev dünyasını dəyişib.

Xəzər Dəniz Gəmiçiliyindən Avropa.info-ya verilən məlumata görə, Ç.Əliyev bu gün səhər vəfat edib.

Çingiz Mansur oğlu Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.

1993-1996-cı illərdə “Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, “Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə “British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə “Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə “Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, “Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Çingiz Əliyev texnika üzrə fəlsəfə doktoru idi.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir