Bazar , 11 Yanvar 2026
Drone Cameras

“Azərenerji” sentyabrda elektrik enerjisi istehsalını 5% artırıb

Bu ilin sentyabr ayında Azərbaycanda 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

Bu barədə “Report” “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə təxminən 5% çoxdur. Ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilib.

Bu ilin ilk 9 ayı ərzində isə ölkədə 16,5 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal olunub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3% azdır.

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir