Bazar ertəsi , 5 İyun 2023

Aksiz markası ilə markalanmayan 63 min siqaret aşkar edilib

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan xeyli miqdarda siqaret aşkar ediblər.

 

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Tofaş” markalı minik avtomobilində aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib.

Əməliyyat tədbiri nəticəsində “Tofaş” markalı minik avtomobili Biləsuvar rayonunun İmişli rayonuna tərəf çıxışında saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 63.000 ədəd “Manchester”, “D&J”, “Bıstoon”, “Mılano” və “MM” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İranın Rusiyaya ixracı 57% artdı

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir