Çərşənbə , 26 Mart 2025
Drone Cameras

Bakıda taksi xidməti üçün fərqlənmə nişanı alanların sayında ciddi artım müşahidə edilir

Bakıda son 20 gündə taksi xidməti göstərmək üçün fərqlənmə nişanları ilə bağlı müraciət edən şəxslərin sayında həddindən artıq artım müşahidə edilir. 

 

Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib: “Fərqlənmə nişanlarının alınması ilə bağlı proses artıq taksi xidməti ilə məşğul olan insanların işini xeyli rahatlaşdırıb”.

“Bu günə qədər taksi sürücüləri bildirirdilər ki, peşə fəaliyyəti zamanı çox incidilirlər. Lakin indi bu sahədə problem yoxdur. Artıq onlar istənilən bank filialında 18 manat dövlət rüsumu ödəyərək Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ödəmə qəbzini təqdim edir və fərqlənmə nişanı ala bilirlər. Təxminən 3 dəqiqə davam edən bu prosedurdan sonra rahat şəkildə taksi xidmətini göstərirlər”, – deyə N. Allahyarova əlavə edib.

Qeyd edək ki, fərqlənmə nişanı alan bütün taksilər şəhərin istənilən nöqtəsində dayana və normal taksi fəaliyyəti ilə məşğul ola bilər. Nişan hər ay alınmalıdır.

Fərqlənmə nişanı almayan taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir