Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

“Azərsun Holdinq” çay yığımına start verib

“Azərsun Holdinq” tərəfindən yerli fermerlərdən çay qəbulu prosesi davam edir.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Şirkət hər il yerli fermerlərə çay əkinlərinin həyata keçirilməsi üçün müxtəlif maddi, texniki və aqrar yardım ayırıb. “Azərsun Holdinq” tərəfindən həyata keçirilən çay qəbulu bütün bölgəni əhatə edir. Milli markalarımızın dünya bazarlarına çıxarılması, “Made in Azerbaijan” brendinin təbliği və Azərbaycan çayının bütün dünyada tanıdılmasını prioriteti hesab edən “Azərsun” ölkənin cənub zonasında çay əkinçiliyi ilə məşğul olan fermerlərlə sıx əlaqələr yaradaraq onların fəaliyyəti üçün zəruri dəstək verir.

İldən-ilə əkin sahələrinin ərazisini genişləndirən, çay məhsullarının dünya bazarlarına çıxarılması istiqamətində müxtəlif layihələr reallaşdıran “Azərsun” Azərbaycanın cənub bölgələrində yetişdirilən çay yarpaqlarını emal edərək yüksək keyfiyyətli “Azerçay” markasını istehsal edir və dünyanın müxtəlif ölkələrində bu milli brendimizin satışını həyata keçirir.

Qeyd edək ki, onlarla xarici ölkədə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Azərsun”a məxsus “Azərçay” markası Bakıda təşkil olunmuş IV İslam Oyunlarının rəsmi dəstəkçisi olaraq yarışlarda yaxından iştirak edib. Ölkəmizdə qonaq olmuş xarici idmançılar, turistlər və səfərə yola düşən yerli vətəndaşlar Azərbaycanı ifadə edən hədiyyə kimi “Azərçay”ı seçərək, özləri ilə aparırlar.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir