Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Azad edilmiş ərazilərdə kənd və qəsəbələrin memarlıq siması müəyyənləşdirilir

Kəlbəcər, Laçın, Ağdam, Füzuli və Cəbrayıl üzrə 5 kənd və bir qəsəbə üçün müsabiqə elan edilib. Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərdə kəndlərin və qəsəbələrin gələcək memarlıq simasının müəyyən edilməsi məqsədilə həyata keçirilir.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov Xocavənd rayonunun Hadrut qəsəbəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müsabiqədə demək olar 140-dan çox şirkət iştirak edib. Sabahkı tarixə layihələrin təqdim edilməsinin son tarixidir. Avqustun 15-də müsabiqənin qalibləri elan ediləcək. İşğaldan azad edilmiş digər kəndlərin də ərazi planlaşdırılması sənədi hazırlanacaq.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …