Şənbə , 18 May 2024
Drone Cameras

Azərbaycan boksçusu məğlubiyyətini hakim haqsızlığı ilə əlaqələndirib

“Qələbə gözləyirdim. Lakin mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu”.

Boyukmillet.com-un məlumatına görə, bunları Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) Toki-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşü barədə danışarkən deyib.

29 yaşlı idmançı əvvəlki olimpiadalarda olduğu kimi, yenə hakim haqsızlıqları ilə üzləşdiklərini bildirib: “Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Sadəcə, ikinci raudda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik. Bu, hakimlərin haqsızlığından irəli gəlir”.

Qeyd edək ki, Cavid Çələbiyev Ovanes Baçkova 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …