Bazar , 29 Mart 2026
Drone Cameras

Azad olunan ərazilərdə daha 247 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan “Report”a verilən məlumata görə, aprelin 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 106, tank əleyhinə 141 mina və 156 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 237 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …