Çərşənbə , 4 Mart 2026
Drone Cameras

AZAL Bakı-Praqa istiqamətində endirimli biletlər təklif edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Çexiyanın paytaxtı Praqaya və əks istiqamətdə həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.

Boyukmillet.com xəbər verir ki, kampaniya çərçivəsində aviabiletlərin qiyməti 555 manatdan başlayır.

Bu marşrut üzrə endirimli aviabiletlər dekabrın 1-dən 7-dək satışda olacaq. Təklif iki vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar–11 mart və 1 aprel–31 may 2024-cü il.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Check Also

Azərbaycan ADB-nin yeni nəsil sərhəd buraxılış məntəqələrinin yaradılması layihəsi üzrə ölkələr sırasına daxil edilib

Asiya İnkişaf Bankı (ADB) sərhəd buraxılış məntəqələri üzrə potensial layihələrin icrasına prinsipial olaraq yeni yanaşma …