Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Azay Quliyev yenidən sədr seçildi – FOTO

İyulun 2-də Böyük Britaniyanın Birminhem şəhərində keçirilən ATƏT PA-nın 29-cu İllik Sessiyası çərçivəsində İpək Yolu Qrupunun 7-ci iclası keçirilib. 

Boyukmillet.com xəbər verir ki, iclası açan Azərbaycan nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və İpək Yolu Qrupunun Sədri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyi barədə məlumat verib.

Tədbirdə əvvəlcə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyevin məruzəsi dinlənilib. Məruzədə ötən dövr ərzində qrupun çərçivəsində həyata keçirilmiş görüş və konfransların qısa xülasəsi verilib.


Toplantının davamında İpək Yolu Qrupunun Sədri və 2 sədr müavinin seçkiləri keçirilib. İclas iştirakçıları deputat Azay Quliyevin Qrupun Sədri qismində təqdirəlatiq fəaliyyətini qeyd edərək növbəti dəfə onun namizədliyini təklif ediblər. Təklif səsə qoyularaq Azay Quliyev növbəti dəfə Qrupun Sədri seçilib. Qrupun sədr müavinləri vəzfilərinə isə İtaliya nümayəndə heyətinin rəhbəri Paulo Qrimoldi və Qazaxıstan nümayəndə heyətinin üzvü Aygül Kuspan seçilib.

Gündəliyin növbəti maddəsi üzrə çıxış edən Türkiyə nümayəndə heyətinin rəhbəri Selami Altınok İpək Yolu Qrupunun Bakı, Vyana, Minsk və Andermatda uğurlu konfranslar keçirdiyini xatırladıb. Selami Altınok Qrupun növbəti konfransının Türkiyədə keçirilməsi təklifini irəli sürüb. Qrup növbəti konfransının cari ilin oktyabr ayının sonlarında keçirilməsi qərara alıb.  

Qrupun toplantısı çərçivəsidn qrupun fəaliyyət səhəsi üzrə Eksperlər Qrupunun təsis edilməsi məsələsi də müzikirəyə çıxarılıb. Ekspertlər qrupunun yaradılmasının Qrupun iş keyfiyyətinin yüksəldilməsinə və müvafiq mövzular məlumatlılığın artılımasına yönəldiyi qeyd edilib.

Müzakirələrin sonunda Eksperlər Qrupunun yaradılmasına qərar verilib. ATƏT PA-nın keçmiş prezidenti George Sereteli və keçmiş komitə sədri Filippo Lombardi SRG-nin ekspertləri seçiliblər.

İclasın davamında ATƏT ölkələri arasında əməkdaşlıq və etimadın inkişaf etdirilməsində nəqliyyat və əlaqəndirmənin əhəmiyyəti qeyd edildi. Bununla bağlı olaraq, ATƏT regionunda Qrupun Fakt-Araşdırıcı missiyanın həyata keçirilməsi və missiyanın hesabatın hazırlanması təklifi sürüldü. Təklif Qrup üzvləri arasında müsbət qarşılanaq missiyanın təşkil edilməsinə razılıq verilib.


Monqolustanın keçmiş xarici işlər naziri və nümayəndə heyətinin rəhbəri Damdin Tsogabatar missiyanın rəhbəri seçilib.


İclasda iştirak edən ATƏT PA-nın Baş katibi Roberto Mantella İpək Yolu Qrupunun nəqliyyat və əlqələndirmə kimi əhəmiyyətli məsələlərin müzakirə edilməsi üçün uğurlu platforma olmasını qeyd etdi. Baş katib Qrupun üzv dövlətlər arasında qarşılıqlı və faydalı əməkdaşlıq üçün zəmin yaratdığını bildirdi.


İclasda Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Əminə Ağazadə, Ülviyyə Ağayeva və Tural Gəncəliyev, eləcə də bu Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov iştitirak ediblər.


Xatırladaq ki, Qrupa 27 ölkə: İsveçrə, Fransa, Rumıniya, Ukrayna, İspaniya, Yunanıstan, Türkiyə, Qazaxıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Macarıstan, Gürcüstan, Tacikistan, Polşa, Monqolustan, Xorvatiya, Albaniya, Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Avstriya, Moldova, Belorus, Şimali Makedoniya və Azərbaycan nümayəndə heyətləri daxildir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …