Çərşənbə , 5 Fevral 2025
Drone Cameras

Azay Quliyevin seçiciləri üçün elektron kabinet işə düşdü

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün seçki qərargahında seçicilərini qəbul edib.

Seçicilərlə ayrılıqda görüşən Azay Quliyev onların müraciətlərini dinləyib. Deputat, bir sıra müraciətlərin həlli üçün yerindəcə müvafiq qurumlara müraciət edib. Azay Quliyev bildirib ki, yanvarın 17-dən etibarən ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin ixtiyarına verilmiş e-kabinet sisteminin tətbiqinə başlanılıb. 3 saatdan artıq davam edən görüşdə 100-dən artıq seçicinin müraciəti seçki qərargahının könüllülərinin köməkliyi ilə azayquliyev.az saytının “e-kabinet” xidmətinə yerləşdirilib.

Musavat.com

82786135_2688813584560154_1355192671584387072_o.jpg (479 KB)
82932000_2688813567893489_1203818632296005632_o.jpg (602 KB)
82746283_2688813737893472_4975711344603955200_o.jpg (330 KB)

Check Also

Jurnalist Şəmşad Ağanın “Meydan TV işi” ilə bağlı saxlanıldığı bildirilir

Onun da CM-in qaçaqmalçılıq maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı deyilir Fevralın 4-dən 5-nə keçən …