Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiqin bərpası haqqında fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat qrupuna istinadən məlumat yayıb.

İmzalama mərasimi zamanı Amerika lideri Vaşinqtonun bu alətdən tez-tez istifadə etməyəcəyinə ümid etdiyini bildirib.

“Ümid edirik ki, bundan çox tez-tez istifadə etməli olmayacağıq”, – Tramp yeni sənəd haqqında söyləyib.

Daha əvvəl İrana qarşı təzyiqin artırılması niyyətini dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində açıqlamışdı.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …