Çərşənbə , 8 May 2024
Drone Cameras

“AzerGold” 2024-cü il üçün hasilat planını açıqlayıb

2023-cü ildə “AzerGold” QSC-nin tərəfindən 63,7 min unsiya qızıl hasil edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu “AzerGold”un fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir.

Z. İbrahimov qeyd edib ki, ötən il 114,3 min unsiya gümüş hasilatı həyata keçirilib: “Beləliklə qızıl hasilatı plandan 2 %, gümüş hasilatı isə 6 % artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1,7 min unsiya və ya 3 % artım qeydə alınıb”.

O, həmçinin vurğulayıb ki, 2024-cü il üçün hasilat planı 2023-cü illə müqayisədə 9 % daha artıq olmaqla 70 min unsiya qızıl, 27 % daha artıq olmaqla 156,8 min unsiya gümüş təşkil edir.

Check Also

Qarabağ və Şərqi Zəngəzurun potensialı hesabına partlayıcı maddələrinin istehsalı 2 dəfə artırılacaq

Azərbaycanda ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunda fəaliyyətin ilkin mərhələsində illik 14 min ton ANFO və H-ANFO …