Şənbə , 27 Aprel 2024
Drone Cameras

Qarabağ və Şərqi Zəngəzurun potensialı hesabına partlayıcı maddələrinin istehsalı 2 dəfə artırılacaq

Azərbaycanda ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunda fəaliyyətin ilkin mərhələsində illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “AzerGold” QSC-yə məxsus “Azerblast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə – 31,5 min tona çatdırılması planlaşdırılır.

R. Baxşıyev bildirib ki, layihəyə 15 milyon manat sərmayə qoyulub: “Layihə dövlət büdcəsinə əlavə yük yaradılmadan, təsisçilərin daxili imkanları hesabına icra edilib. Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir”.

O qeyd edib ki, zavodda inşaat işlərinə 5,5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına 4 milyon manat vəsait sərf olunub.

Check Also

“AzerGold” 2024-cü il üçün hasilat planını açıqlayıb

2023-cü ildə “AzerGold” QSC-nin tərəfindən 63,7 min unsiya qızıl hasil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə …