Cümə , 29 Mart 2024

Sənayə

Qarabağ və Şərqi Zəngəzurun potensialı hesabına partlayıcı maddələrinin istehsalı 2 dəfə artırılacaq

Azərbaycanda ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunda fəaliyyətin ilkin mərhələsində illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub.Boyukmillet.com xəbər verir ki, bu barədə “AzerGold” QSC-yə məxsus “Azerblast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, …

Read More »

“AzerGold” 2024-cü il üçün hasilat planını açıqlayıb

2023-cü ildə “AzerGold” QSC-nin tərəfindən 63,7 min unsiya qızıl hasil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu “AzerGold”un fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. Z. İbrahimov qeyd edib ki, ötən il 114,3 min unsiya gümüş hasilatı həyata …

Read More »

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarına pul yatırmağa dəvət edilib

Azərbaycan Türkiyə şirkətlərini işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına investisiya yatırmağa dəvət edib. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Məlumata görə, Türkiyənin Bursa Ticarət və Sənaye Palatasına daxil olan şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib. Səfər çərçivəsində Türkiyədə kimya sənayesi sahəsində fəaliyyət göstərən 15-dən çox şirkətin əməkdaşı iştirak …

Read More »

Mikayıl Cabbarov: “Azərbaycanda sənaye zonalarına 471 milyon manat investisiya yatırılacaq”

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü ildə rezidentlik verdiyi 26 sahibkarlıq subyekti Azərbaycanda sənaye zonalarına və məhəllərinə 471 milyon manat investisiya yatıracaq. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad …

Read More »

“Daşkəsən” dəmir filizi yataqları qrupunda geoloji tədqiqatlar davam etdirilir

“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkəmizin ən böyük qara metal yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi yataqları qrupunun istismarı layihəsi çərçivəsində geoloji tədqiqatlar uğurla davam etdirilir. Ötən dövr ərzində yataqlar qrupuna daxil olan “Cənub-şərq” və “Şimal-qərb” yataqlarında aparılan geoloji kəşfiyyat işlərinin nəticəsi olaraq yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla …

Read More »

Mikayıl Cabbarov: “Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib”

Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində bildirib. Nazir qeyd edib ki, bu layihə Azərbaycanla Türkiyə arasında hərtərəfli münasibətlərin daha bir təzahürüdür, türk şirkətinin ölkəmizə birbaşa sərmayəsidir. “Dərman istehsalı hər bir dövlət üçün …

Read More »

Elşad Nuriyev: “Gələn il Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq”

2024-cü ildə Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq. Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev deyib. “Bu müəssisələr beton tikinti məmulatları, tikinti materiallarının korpuslarını və sair məhsul istehsalı sahəsində ixtisaslaşıblar”,- deyə, o qeyd edib. Xatırladaq ki, indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul …

Read More »

Azərbaycan və Türkiyə Mədənçilik İşçi Qrupu yaradacaq

Azərbaycan və Türkiyə arasında imzalanmış, qarşı tərəfin bu gün təsdiq etdiyi “Mədənçilik sahəsində əməkdaşlıq haqqında” sazişin tətbiq edilməsi məqsədi ilə tərəflər Mədənçilik İşçi Qrupu yaradacaq. Boyukmillet.com xəbər verir ki, İşçi Qrupu hər iki tərəfdən təyin ediləcək bir nümayəndədən və onların köməkçilərindən ibarət olacaq. Bu şəxslər iclaslarda müşavir və mütəxəssislərlə birlikdə iştirak edə biləcəklər. Tərəflər nümayəndə və köməkçinin təyin edilməsi barədə diplomatik kanallarla bir-birinə …

Read More »

Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” yubileyini qeyd edəcək

2024-cü ildə Azərbaycan regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisinə ev sahibliyi edəcək. Boyukmillet.com xəbər verir ki, 24-26 sentyabr tarixlərində təşkil ediləcək sərgi 5-ci yubileyini qeyd edəcək. “ADEX” sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək. Qeyd edək ki, …

Read More »

Ələt Azad İqtisadi Zonasının nümayəndələri Türkiyəyə səfər edib

Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilati dəstəyi ilə Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) təşviqat işlərinin aparılması, habelə türk şirkətlərinin ƏAİZ haqqında məlumatlandırılması və onların ƏAİZ-ə cəlb edilməsi məqsədilə ƏAİZ Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərliyi ilə Səlahiyyətli Qurumun nümayəndə heyətinin Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfəri baş tutub. Səfər çərçivəsində, Ortadoğu Sənaye və Ticarət Mərkəzi (OSTİM) Mütəşəkkil Sənaye Zonası, Ankara …

Read More »