Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azıx mağarası da işğaldan AZAD OLUNDU

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir qədər öncə yazdığı tvit-də  Xocavənd rayonunun Azıx kəndinin işğaldan azad olunduğuni bildirib.
Boyukmillet.com  xəbər verir ki, Azıx kəndinin işğaldan azad olunması həm də həmin yaşayış məntəqəsində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə – ilk insan məskənlərindən biri olan Azıx mağarasının Azərbaycanın nəzarətinə keçməsi deməkdir.
Qeyd edək ki, Ermənistan alimləri bir müddət Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında, Quruçay çayının sol sahilində yerləşən Azıx mağarasında qanunsuz tədqiqat işləri apararaq, bu maddi mədəniyyət nümunəsini dünyaya öz abidələri kimi təqdim edirdilər. (modern.az)

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …