Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Azıx mağarasında tapılmış 300-dən çox nümunə təhlil üçün Almaniya, Norveç və Danimarkaya göndərilib

Azıx mağarasındakı arxeoloji qazıntılar zamanı tapılan 100 kiloqramdan artıq çəkidə 300-dən çox nümunə təhlil üçün götürülərək Almaniya, Norveç və Danimarkaya göndərilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, mağarada aparılan tədqiqatların əsas məqsədi təxminən 15 metrlik çöküntülərin stratigrafiyasını dəqiqləşdirmək, bütün təbəqələrdən müxtəlif üsullarla nümunələr və çöküntülərin təhlili üçün biomarkerlər götürmək olub.

Eyni zamanda vurğulanıb ki, bu il Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki arxeoloji qazıntılar Ceyrançölün Yovşanlıdərə adlanan hissəsində reallaşdırılıb:

“Tədqiqatlar zamanı qoruq ərazisində ilk dəfə orta tunc dövrünə aid kurqan aşkar edilib. Bu da ərazidə kurqan dəfnlərinin orta tunc dövründən icra edilməyə başladığını sübut edib. Bundan başqa, Şəmkirdəki Baydar kurqanlarında aparılan arxeoloji qazıntılar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid fərqli struktura malik qəbir abidələri və təkrar dəfnlərin icra olunduğu bütöv nekropol aşkarlanıb. Bu tip dəfnlər Gəncə-Qazax bölgəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid nekropolların bəzilərində müşayət olunsa da, Baydar nekropolunda ilk dəfə olaraq belə dəfn adətinin həyata keçirildiyi bütöv məzarlıq aşkar edilib”.

Check Also

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, …