Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

AZPROMO və Dünya İqtisadi Forumu tərəfdaşlıq sazişi imzalayıb

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Sazişi imzalanıb.

Boyukmillet.com xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayevlə WEF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stefenson imzalayıb.

Saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsini və strateji əməkdaşlıq imkanlarının artırılmasını nəzərdə tutur.

Check Also

İnvestisiya fəaliyyəti ilə bağlı MÜHÜM QANUN

Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi …