Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Bərdədə 30 yaşlı kişi güllələnib

Bərdə şəhərində 30 yaşlı kişi güllələnib.

Boyukmillet.com xəbər verir ki, 1978-ci il təvəllüdlü Məmmədov Ruhi Süleyman oğlu, tanışı, 1993-cü il təvəllüdlü Məmmədov Elşad Əli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. R.Məmmədov mübahisə zamanı özü ilə gətirdiyi ov tüfəngi ilə E.Məmmədova atəş açaraq, ona xəsarətlər yetirib.

O, bundan sonra hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …